“Neftçi”nin hücumçusu penalti ilə bağlı elə bir fakt göstərdi ki - FOTO

22 Fevral 20:00 Neftçi 1 460
“Neftçi”nin hücumçusu penalti ilə bağlı elə bir fakt göstərdi ki - FOTO

Premyer Liqanın 24-cü turunun açılış oyunu gərginliyi ilə yadda qaldı.

Meydanın qarlı və sürüşkən olması “Neftçi” – “Sumqayıt” qarşılaşmasını idarə edən baş hakimin işini xeyli çətinləşdirmişdi. İkinci hissədə penalti epizodları ilə bağlı yaşananlar geniş müzakirələrə yol açdı.

Xüsusən Tural Qurbanovun matçın son saniyələrində sumqayıtlıların qapısına təyin etdiyi penalti ciddi narazılığa səbəb oldu.

Sumqayıtlı, hətta bakılı azarkeşlər belə, sosial şəbəkələrdəki şərhlərində Elvin Bədəlovun Ağadadaş Salyanskiyə toxunmadığını iddia edirdi.

Oyundan sonra avtobusa tərəf yön alan Ağadadaşı görüncə, ondan “səmimi de, Elvin sənə toxunmuşdu” sualına cavab tapmağa çalışdım.

Salyanski danışmaqdansa fakt göstərməyi məqsədəuyğun bildi. İdman şalvarını qaldırıb sol ayağından aldığı zərbə nəticəsində yaranmış vəziyyəti göstərdi.

Epizodun təkrarına baxanda da görünür ki, Bədəlovun ayağı Ağadadaşın sol ayağına tuş gəlir.

“Neftçi”nin gənc hücumçusunun ayağında buts “mismarlar”ının izini görəndən sonra əlavə sual-cavaba gərək qalmadı.

Aşağıdakı fotoya diqqət!

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Fevral 18:10 Çək və bizə göndər!
22 Fevral 13:40 “Mən vacib deyiləm”