"Cənazə" üstünə gələn Samir Abasovdan GÖZLƏNTİLƏR

17:00 Neftçi 515
"Cənazə" üstünə gələn Samir Abasovdan GÖZLƏNTİLƏR

Samir Abasov "Neftçi"yə gələndə klubun səsi zirzəmidən gəlirdi.

Aktivində 5 xal, 6 qol vardı. Bu da ən yaxşı halda 9-cu pillədən rəqiblərə boylanmağa imkan verirdi.

"Neftçi" Premyer Liqada qalmaq uğurunda mübarizə aparır" ritorikasında həqiqət payı az deyildi.

Bu gün "ağ qaralar" ilk "5-lik" üçün çaba göstərir.

Aktivində 27 xal, 16 qol var. Kubokda mübarizəni davam etdirir.

Ən əsası bir sabitlik yaxalanıb. Qışda sonrakı 7 matçda qazanılan 4 qələbə bunu deməyə əsas verir. Son 5 görüşdə bakılılar yalnız "Qarabağ"a məğlub olub.

Bu qədər pozitiv məqamlar arasında yenə neqativ axtarışlar davam edir.

Başqa nə gözləyirdiniz?

Abasovun "Qarabağ"ı taxtdan salmasını, yoxsa uğurlu mövsüm keçirən "Turan Tovuz"la aradakı 13 xallıq fərqi qapayıb 4-cü pilləyə sahiblənməsini?

Məgər onun əlində sehirli çubuq var?

Bəli, "Neftçi"nin adı, tarixi var. Bu klub daim çempionluq üçün mübarizə aparmalıdır.

Bəs reallıq hissi?

Bunu itirənlər gərək mövsümün əvvəlindəki fiaskonu, anarxiyanı unutmasın.

Abasov yayda özü yığdığı komanda ilə yola çıxsaydı, ən azı medallar uğurunda mübarizə aparmaq borcu idi. Bizim də tələb etmək haqqımız.

Amma təcrübəli mütəxəssis nə komanda hazırlayıb, nə də hazır komandaya gəlib.

Ortalıqda qalan cənazəyə sahib çıxıb. Həqiqət bu qədər ağırdır.

Cənazənin orasına-burasına barmaq eləməklə ona nəfəs verib.

İndi-indi bəzi azarkeşlərdə klubun gələcəyinə ümid yaranıb/yaradılıb.

Onu da beşikdə boğmağa çalışmayın.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti