“Neftçi”dən getməsi qaçılmaz olan 5-6 oyunçu - Onların başında kim gəlir?

20 Fevral 23:00 Neftçi 2 462
“Neftçi”dən getməsi qaçılmaz olan 5-6 oyunçu - Onların başında kim gəlir?

«Neftçi» son həftələr dəyişməyinə dəyişib.

İrəliləyiş var. inkişafdan danışmaq isə bu gün tezdir.

Bir neçə oyunluq uğurlu seriya hələ o demək deyil ki, hər şey qaydasına düşüb, yaxud Samir Abasov istədiyini futbolçularından alır.

Əvvəl də demişik, indi də deyirik: minimum 5-6 oyunçu var ki, onlar ağ-qara formanı geyinməyə layiq deyil və göndərilməlidirlər.

Baş məşqçi onlarla ürəklə çalışmır, sadəcə, xidmətlərindən yararlanmağa məcburdur. Çün müqavilələri davam edir, onu pozmaq isə kluba astarı üzündən baha başa gələcək.

Biri də öz xoşuyla çıxıb getməyəcək, təzminat tələb eləyəcək.

O futbolçuların bir neçəsi Azərbaycan derbisində meydana çıxdı. Yurim Matiası götürək.

Braziliyalının ampluası sözdə müdafiəçidir. Müdafiəçi necə olmalıdır, hansı keyfiyyətləri daşımalıdır - Matias bunları bilmir.

«Neftçi»nin formasını üzərində daşıyan legionerə xas üstünlükləri nümayiş etdirmir. «Qarabağ» öncə də onun səhvləri ucbatından qələbə qazanırdı, yenə eyni şey təkrarlandı, 3 xalla meydandan ayrıldılar.

Mənə çatmır ki, Samir Abasov nədən Yuri Matiasa belə israrla o formanı geyindirir. Hansısa yerli gənc onun möveyində oynasa, Matiasdan çox səhvə yol verməyəcək.

Səhv səhvdirsə, qoy, həmi səhvi o yerli gənc eləsin də, Matiası oynadıb, «Nefçi» azarkeşlərini niyə dilxor edir axı?

Lüzum olmadığı halda sürüşmə fəndi işlətdi, Kadi Borgesi cərimə meydançası daxilində yerə sərdi.

Bir müdafiəçi üzü qapı tərəfə olmayan rəqibi kobudluqla dayandırırsa, onunla söhbət eləməyə dəyməz, gərək götürüb psixiatora aparasan.

Matias bu cür xətaya imza atırsa, nə üçün Abasov onu həkim qəbuluna göndərməsin?

MUSA

Digər Xəbərlər
Xəbər Lenti