"Neftçi"də müjdə - O, qayıtdı!

20 Fevral 16:00 Neftçi 2 614
"Neftçi"də müjdə - O, qayıtdı!

"Neftçi" Premyer Liqanın 24-cü turunun "Sumqayıt"la baş tutacaq matçına hazırlıqlarını başa vurub.

Hazırlıqda zədə səbəbindən "Qarabağ"la görüşü buraxan Elvin Camalov da iştirak edib.

Qışdan sonra "ağ qaralar"ın önəmli fiquruna çevrilən orta xətt oyunçusu "kimyaçılar"la qarşılaşmada meydanda olacaq.

Camalovdan başqa Dembo Darbo da zədəsini tam bərpa edib.

Andrey Ştoqrin və Rafael Quzzonun isə oyunu buraxacağı dəqiqdir.

21 fevral keçiriləcək "Neftçi" - "Sumqayıt" oyunu 19:00-da start götürəcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti