
“Zirə” və “Qarabağ”la oyunları geridə qoyan “Neftçi”nin çempionatdakı növbəti rəqibləri “Sumqayıt” və “Kəpəz”dir.
Hazırda “ağ-qaralar”ın müdafiə xətti ilə bağlı narahatlıq yaşanmaqdadır.
Belə ki, əsas heyətin üç üzvü cəza sərhəddindədir.
Mustafa Sek, Yuri Matias və Höccət Haqverdi qarşıdakı görüş(lər)də sarı vərəqə alacağı halda, növbəti oyunu buraxacaq(lar).
Matias artıq bir dəfə analoji vəziyyətlə üzləşərək 16-cı turda “Sumqayıt”la matçı kənardan izləyib.
“Neftçi” fevralın 21-də Premyer Liqanın 24-cü turu çərçivəsində “Neftçi Arena”da “Sumqayıt”ı qəbul edəcək.
HƏBİB / SPORTİNFO.AZ