“Neftçi” millinin sabiq “1 nömrə”sinə yeni müqavilə təklif etmədi

20 Fevral 15:00 Neftçi 3 079
“Neftçi” millinin sabiq “1 nömrə”sinə yeni müqavilə təklif etmədi

«Neftçi» rəhbərliyi yeni mövsümün transfer çalışmalarına start verib.

«Ağ-qaralar» bu mənada Samir Abasovun planlarından kənara çıxmır.

Baş məşqçi ilk növbədə müqaviləsi bitmək üzrə olan futbolçuların məsələsinə aydınlıq gətirilməsini istəyib.

Ötən ilin dekabrında təkrar düşərgəyə dönmüş mütəxəssis öncə ona aydınlıq gətirmək niyyətindədir ki, kimlər qalacaq, kimlər gedəcək.

2023-cü ilin iyununda 2 illik müqaviləyə imza atmış Emil Balayev Samir Abasovun gələn sezonla bağlı düşüncələrində yer almır. Odur ki, paytaxt təmsilçisi millinin 31 yaşlı sabiq qapıçısına yeni kontrakt təklif etməyib.

İlk dəfə 2011-ci ildə “Neftçi”nin əsas komandasına cəlb edilmiş kiperin başqa klublarda icarə əsasında oynamasını nəzərə almasaq, 2015-ci ilə qədər burada çıxış edib.

2019-cu ildə yenidən «ağ-qaralar»ın sıralarına qayıdıb və daha sonra digər təklifləri dəyərləndirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti