
"Baltika"nın baş direktoru Ravil İzmailov futbolçusu Aleks Fernandesi "Neftçi"yə icarəyə verməklərindən danışıb.
Sportinfo.az "Metaratings"ə istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi fevralın 11-də 22 yaşlı vingerlə cari mövsümün sonunadək müqavilə imzalayıb.
"Baltika"nın baş direktoru isə bu keçidə belə münasibət bildirib:
"Alekslə yollarımızı ayırmamışıq, sadəcə onu icarəyə vermişik. Əgər Aleks təkmilləşib daha güclü geri qayıtsa, baş məşqçi Andrey Viktoroviç onu yenidən komandaya qəbul edəcək.
Yoxsa bir yol tapacağıq. Hesab edirəm ki, bu, bu günə qədər verilmiş ən yaxşı və düzgün qərar idi".
Aleks Braziliyada “Atletiko Mineyro” və “Santos”un U-20 komandalarında çıxış edib, 2022-ci ildə isə Bolqarıstan “Çerno More”sinə keçib.
2024-cü ilin fevralından şərəfini qoruduğu “Baltika”nın heyətində Rusiya birinci liqasında bu mövsüm meydana çıxdığı 15 oyunda 3 qola imza atıb.