Bunu da bizdən OXUYUN - "Neftçi"ni derbidə məğlubiyyətə aparan SƏBƏBLƏR

19 Fevral 23:40 Neftçi 573
Bunu da bizdən OXUYUN - "Neftçi"ni derbidə məğlubiyyətə aparan SƏBƏBLƏR

"Neftçi" Azərbaycan derbisində növbəti dəfə məğlub oldu - 0:1.

"Qarabağ"la bağlı "qara zolaq" 4 ildi davam edir.

Əslində ilk hissədən sonra Samir Abasovun yetirmələrinin "köhlən atlar"ın məğlubiyyətsiz seriyasına son qoymaq şansları yüksək görünürdü.

Samir Abasovun futbolçuları əzəli rəqiblə oyuna yaxşı hazırladığı aydın sezilirdi.

Bakılılar həm Kevin Medinanın qırmızı vərəqə aldığı 20-ci dəqiqəyə kimi, həm də elə ondan sonra çox yaxşı çıxış sərgiləyə bildi.

Üçüncü zonada edilən pressinq "Qarabağ"ın əl-qolunu bağlamışdı.

Düzdü, "Neftçi" də real qol imkanları yaxalaya bilmirdi. Emin Mahmudov ilk dəqiqələrdə qaçırdığı fürsət xaric.

Amma ərazi üstünlüyü "Neftçi" tərəfində idi.

Medinanın qovulmasında sonra da fasiləyə kimi mənzərə dəyişməz olaraq qaldı.

İkinci yarıda "Neftçi"ni tanımaq mümkün deyildi.

Sanki azlıqda qalan "Qarabağ" yox, "Neftçi" idi.

Marko Yankoviç, Abdullah Zubir və Benziya üçlüsünün birə-birlərdə əldə etdikləri üstünlük azlıqda oynamağın önəmli sığortası idi. Toral Bayramov və Kadi Borgesin ikinci yarı meydana daxil olması da qonaqların gücünə güc qatdı.

Qarşı tərəfdə isə uzunmüddətli zədədən qayıdan Rəhman Hacıyev, böyük ümidlərlə yayda heyətə cəlb edilən Ramil Şeydayev meydana daxil olandan sonra yersiz hərəkətləri ilə azarkeşlərin əsəblərini tarıma çəkməkdən başqa heç nə ilə yadda qalmadılar.

Bunu Samir Abasovun yanlış əvəzetməsi kimi təqdim etmək də doğru deyil. Təcrübəli mütəxəssisin əlində olanı budur.

1 xal ümidlərinin üzərindən isə Emil Səfərov və Yuri Matiasın kobud xətaları qara xətt çəkdi.

Uzun müddətdən sonra "Neftçi"nin "Qarabağ" qarşı layiqli oyun keçirdiyini demək olar.

Amma yuxarıda qeyd etdiyimiz fərdi səhvlər, fiziki əskiklik, fərdi ustalıqda geri qalmaq "Neftçi"nin məğlubiyyət xəmrinə çevrildi.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 11:00 “Biz buna məcbur idik”