“Neftçi”nin Muradı: “Meydanda olduğum hər saniyə mənim üçün qızıldır”

19 Fevral 13:40 Neftçi 355
“Neftçi”nin Muradı: “Meydanda olduğum hər saniyə mənim üçün qızıldır”

“Maraqlı və gərgin oyun keçdi, hətta üstün tərəf biz idik”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Neftçi”nin yarımmüdafiəçisi Murad Məmmədov deyib.

O, Premyer Liqanın son turunda “Qarabağ”a 0:1 hesabı ilə uduzduqları matçdan danışıb. Komandasının sona qədər üstün oynadığını, lakin həlledici anlarda problemlərin yaşandığını bildirib:

“Bəzi epizodlar oldu ki, dəyərləndirə bilmədik. Onlardan istifadə etsəydik, qalib tərəf biz olardıq.

Penalti qərarı isə matçın taleyini dəyişdi. Buna baxmayaraq, məğlubiyyətə layiq olduğumuzu düşünmürəm.

Oyun sona qədər bizim üstünlüyümüz şəraitində keçirdi. Sadəcə, bizdə sonluqlar çatışmadı.

Bunun üzərində işləyəcəyik və çatışmayan cəhətlərimizi aradan qaldırmağa çalışacağıq. Meydana son dəqiqələrdə daxil olmağım məşqçinin qərarıdır və mən də bu qərara hörmətlə yanaşıram.

Çalışdım ki, komandama faydam toxunsun. Təəssüf ki, alınmadı, heç nə ilə yadda qalmadım.

Oynadıqca daha da çox inkişaf edirsən. Belə bir azarkeş kütləsinin qarşısında olmaq normal haldır.

İnşallah, daha da yaxşı olacaq. Meydanda olduğum hər saniyə mənim üçün qızıldır. Çalışıram ki, hər anından istifadə edim”.

Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 11:00 “Biz buna məcbur idik”