
“Neftçi" nin maliyyə direktoru Namiq Əlizadə vəzifəsindən ayrılıb.
Sportinfo.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Funksioner klubla müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib.
Əlizadə bildirib ki, "Neftçi" çox böyük klubdur: "Əminəm ki, bir gün layiqli yerini bərpa edəcək".
O, bu vəzifəyə 2023-ci ildə təyin olunmuşdu.