“Neftçi”nin eks prezidenti “Qalatasaray”ın oyununa təyinat aldı

19 Fevral 03:00 Neftçi 288
“Neftçi”nin eks prezidenti “Qalatasaray”ın oyununa təyinat aldı

“Neftçi”nin sabiq prezidenti, UEFA nümayəndəsi Orxan Hüseynzadə yeni təyinat alıb.

Sportinfo.az xəbər verir ki, o, Avropa Liqasının pley-off mərhələsinin fevralın 20-də keçiriləcək “Qalatasaray” (Türkiyə) – “AZ Alkmaar” (Niderland) görüşünün UEFA nümayəndəsi olacaq.

Qarşılaşma İstanbul şəhərində yerləşən “Ali Sami Yen” stadionunda keçiriləcək.

“Qalatasaray” Niderlandda baş tutan ilk görüşdə rəqibinə 1:4 hesabı ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti