“Neftçi”nin göz qamaşdıran təklifinə “YOX” deyən hücumçu kimdir?

18 Fevral 23:20 Neftçi 3 280
“Neftçi”nin göz qamaşdıran təklifinə “YOX” deyən hücumçu kimdir?

Qazaxıstan millisinin qolçusu İslam Çesnokov Azərbaycandan təklif alıb.

Sportinfo.az “Meta-ratings.kz”ya istinadən xəbər verir ki, “Tobol”un hücumçusu “Neftçi”nin maraq dairəsində olub.

Bakı klubu bununla bağlı qarşı tərəfə rəsmi təklif də göndərib.

“Neftçi”nin təklifi həm Kostanay təmsilçisi, həm də 25 yaşlı forvard üçün sərfəli olub. Lakin Çesnokov daha güclü çempionatlarda oynamaq istədiyindən, müsbət cavab verməyib.

“Neftçi” ilə yanaşı, Şotlandiyadan “Harts” da Çesnokovu istəyib. Ancaq şotlandların təklif etdiyi 600 min avro “Tobol” rəhbərliyini qane etməyib.

Digər Xəbərlər
Xəbər Lenti