“Qarabağ”a qarşı oyunumdan çox da razı qalmadım”

19 Fevral 00:30 Neftçi 600
“Qarabağ”a qarşı oyunumdan çox da razı qalmadım”

“Stadionda əla atmosfer var idi, azarkeşlərimiz bizə çox gözəl dəstək oldular.

Təəssüf ki, onları qələbə ilə sevindirə bilmədik. Uduzduğumuz üçün çox məyusam”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Neftçi”nin yarımmüdafiəçisi Ryonosuke Ohori Azərbaycan Premyer Liqasının 23-cü turunda “Qarabağ”a 0:1 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.

Yaponiyalı yarımmüdafiəçi öz çıxışından razı qalmadığını bildirib:

“Baş məşqçi məni meydana oyunu dəyişmək üçün buraxdı. Vəzifəm o idi ki, mərkəzdə top saxlamalı və hücumların qurulmasında vasitəçi olmalıydım.

Oyunumdan çox da razı qalmadım. Düşünürəm ki, verilən tapşırıqları daha yaxşı şəkildə yerinə yetirmək olardı”.

24 yaşlı futbolçu qeyd edib ki, artıq növbəti matçları düşünməlidirlər:

“Qarabağ”a uduzduğumuz üçün məyusuq. Bu matçda azarkeşlərimizi sevindirməliydik.

Amma alınmadı. Artıq qarşıdakı oyunları düşünməliyik.

İnanıram ki, növbəti görüşlərdə daha yaxşı oynayacağıq. Həm çempionatda, həm də kubokda sona qədər mübarizə aparacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 18:10 Çək və bizə göndər!
20 Fevral 11:20 Sən seçim et, yerini tap!
20 Fevral 11:00 “Biz buna məcbur idik”