
“Neftçi”nin sabiq hücumçusu Andre Şinyaşiki özünə yeni komanda tapıb.
Sportinfo.az xəbər verir ki, yanvarda “ağ-qaralar”ın sıralarını tərk etdikdən sonra klubsuz qalmış braziliyalı Bolqarıstanda oynayacaq.
O, yüksək liqa təmsilçisi olan “Arda” ilə anlaşıb. 27 yaşlı “sambaçı” mövsümün sonuna qədər bolqarlara kömək edəcək.
2023-cü ilin avqustunda transfer olunmuş A.Şinyaşiki “Neftçi”nin heyətində 38 rəsmi oyun keçirib, 5 qol vurub.