
“Neftçi” heyətini yeni legionerlə gücləndirə bilər.
“Neftçilər”in maraq dairəsinə “Tobol” və Qazaxıstan millisinin sağ cinah yarımmüdafiəçisi İslam Çesnokov daxildir.
Qazaxıstan mətbuatının yazdığına görə, “ağ-qaralar” “Tobol”a sərfəli təklif edib və klub da bununla razılaşıb. Amma hələlik futbolçu qərarını verməyib.
25 yaşlı vinger üçün “Harts” da təklif göndərib. Lakin “Tobol” Şotlandiya klubunun şərtlərindən razı qalmayıb.
Hazırkı müqaviləsi bu ilin oktyabrında başa çatacaq Çesnokov Qazaxıstan millisinin heyətində 11 oyuna çıxıb və 2 dəfə fərqlənib.
Bu xəbərin reallıqla əlaqəsi varmı? “Neftçi”dən informasiyanı dəqiqləşdirdik.
Bildirildi ki, qazaxıstanlı yarımmüdafiəçi Samir Abasovun transfer siyahısında yer almayıb - nə dünən, nə də bu gün.
Qeyd olunub ki, İslamla əlaqəli informasiya bəzi menecerlərin şəxsi təxəyyüllünün məhsuludur.
SPORTİNFO.AZ