“Neftçi”yə transfer olacaq? - Britaniya klubunun şərtlərindən razı qalmadılar

17 Fevral 01:00 Neftçi 1 821
“Neftçi”yə transfer olacaq? - Britaniya klubunun şərtlərindən razı qalmadılar

"Neftçi" heyətini yeni legionerlə gücləndirməyi planlaşdırır.

Sportinfo.az xəbər verir ki, Bakı klubunun maraq dairəsinə “Tobol” və Qazaxıstan millisinin sağ cinah yarımmüdafiəçisi İslam Çesnokov daxildir.

Qazaxıstan mətbuatının yazdığına görə, Bakı təmsilçisi yerli kluba sərfəli təklif edib və klub da bununla razılaşıb.

Lakin hələlik futbolçu qərarını verməyib. 25 yaşlı forvard üçün Şotlandiyadan "Harts" da təklif göndərib. Lakin “Tobol” Britaniya klubunun şərtlərindən razı qalmayıb.

Hazırkı klubu ilə müqaviləsi bu ilin oktyabrında başa çatacaq Çesnokov Qazaxıstan millisinin heyətində 11 oyuna çıxıb və iki dəfə fərqlənib.

Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 18:10 Çək və bizə göndər!
20 Fevral 11:20 Sən seçim et, yerini tap!
20 Fevral 11:00 “Biz buna məcbur idik”