
Premyer Liqanın XXIII turunda "Neftçi" - "Qarabağ" derbisi keçirilib.
Sportinfo.az xəbər verir ki, "Neftçi Arena"da baş tutan qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.
88-ci dəqiqədə Marko Yankoviç penaltini dəqiq yerinə yetirib. "Köhlən atlar"ın heyətində Kevin Medina 22-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.
Ağdam təmsilçisi hazırda 56 xalla liderdir. "Ağ-qaralar" 24 xalla 6-cı pillədə qərarlaşıb.
“Neftçi” – “Qarabağ” 0:1
Qol: Marko Yankoviç, 89 (p.)
“Neftçi Arena”, 9355 tamaşaçı
Baş hakim: Rəvan Həmzəzadə
Baş hakimin köməkçiləri: Cəmil Quliyev, Zöhrab Abbasov
Dördüncü hakim: Fərid Hacıyev
VAR: Nicat İsmayıllı
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Sarı vərəqələr: Edvin Kuç, 23 (qeyri-idman hərəkəti); Yuri Matias, 90 (qeyri-idman hərəkəti) // Abdullah Zubir, 14 (qeyri-idman hərəkəti); Şahrudin Məhəmmədəliyev, 28 (hakimin qərarına etiraz); Kadi Borqes, 76 (hakimin qərarına etiraz); Redon Cica, 90 (qeyri-idman
hərəkəti)
Qırmızı vərəqə: Kevin Medina, 22 (ciddi qayda pozuntusu)
Artırılan vaxt: I hissədə 3 dəq; II hissədə 5 dəq.
“Neftçi”
93. Rza Cəfərov (k)
10. Filip Ozobiç
(17. Rəhman Hacıyev, 61)
8. Emin Mahmudov
3. Höccət Haqverdi
19. Azər Salahlı
(20. Alfa Konte, 90+1)
13. Emil Səfərov
91. Ağadadaş Salyanski
(90. Ramil Şeydayev, 61)
14. Edvin Kuç
(18. Ryonosuke Ohori, 46)
99. Ervin Koffi
(47. Murad Məmmədov, 90+1)
44. Yuri Matias
24. Mustafa Sek
Ehtiyat oyunçular:
1. Emil Balayev
30. Rustam Samigullin
7. Azər Əliyev
23. Robert Bauer
9. Bassala Sambu
77. Yeqor Boqomolski
11. Aleks Fernandes
Baş məşqçi: Samir Abasov
“Qarabağ”
99. Mateus Koxalski
24. Aleksey İsayev
(55. Bədavi Hüseynov, 24)
13. Bəhlul Mustafazadə
44. Elvin Cəfərquliyev
(27. Toral Bayramov, 46)
90. Nəriman Axundzadə
10. Abdullah Zubir (k)
81. Kevin Medina
7. Yassin Benzia
8. Marko Yankoviç
2. Mateus Silva
15. Leandro Andrade
(9. Kadi Borqes, 65)
Ehtiyat oyunçular:
1. Şahrudin Məhəmmədəliyev
97. Fabian Buntiç
22. Musa Qurbanlı
29. Marko Veşoviç
66. Patrik Andrade
19. Redon Cica
21. Aleksey Kaşuk
11. Emmanuel Addai
Baş məşqçi: Qurban Qurbanov