“Neftçi”nin müdafiəçisi derbidən əvvəl söz verdi: “Lazım gəlsə, meydanda öləcəm”

16 Fevral 15:15 Neftçi 1 585
“Neftçi”nin müdafiəçisi derbidən əvvəl söz verdi: “Lazım gəlsə, meydanda öləcəm”

Ölkə futbol ictimaiyyəti 16 fevralı böyük həvəslə gözləyir.

Premyer Liqanın 23-cü turunda Azərbaycan derbisi reallaşacaq ki, “Neftçi” öz meydanında əzəli rəqibi “Qarabağ”ı qəbul edəcək.

Ardıcıl 3 oyunda qələbə qazanan “ağ-qaralar”ın son çempionun qarşısında nə ilə yadda qalacağı maraq doğurur.

“Neftçi”nin əsas simalarından olan braziliyalı müdafiəçi Yuri Matias vacib qarşılaşmadan öncə Sportinfo.az-a verdiyi açıqlamada azarkeşlərə səslənib:

“Həm “Neftçi”, həm “Neftçi”ni sevənlər, həm də Azərbaycan futbolu üçün önəmli oyundur. Ölkənin ən böyük qarşılaşması hesab olunur.

İmkandan istifadə edib azarkeşlərimizə səslənmək istəyirəm. Stadiona gəlib tribunaları doldursunlar və təkrarolunmaz atmosfer yaratsınlar.

Çünki “Neftçi Arena”da inanılmaz dəstək görmək bizə motivasiya verir. Söz verirəm ki, “Zirə”ylə matçdakından daha artıq mübarizə aparacaq, lazım gəlsə meydanda öləcəm, ancaq təslim olmayacam.

Belə bir vəziyyətdə bu oyun “Neftçi” üçün çox-çox önəmlidir. Hər kəsi “Neftçi Arena”ya səsləyirəm”.

Maraqla gözlənilən qarşılaşma fevralın 16-da saat 19:00-da baş tutacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 18:10 Çək və bizə göndər!
20 Fevral 11:20 Sən seçim et, yerini tap!
20 Fevral 11:00 “Biz buna məcbur idik”