“Beşiktaş” adı “Neftçi” ilə yanaşı çəkilən hücumçuyla müqavilə imzaladı

16 Fevral 11:55 Neftçi 1 131
“Beşiktaş” adı “Neftçi” ilə yanaşı çəkilən hücumçuyla müqavilə imzaladı

"Beşiktaş"da yeni müqavilə qeydə alınıb.

Sportinfo.az xəbər verir ki, İstanbul nəhəngi Mustafa Hekimoğlunun sözləşməsinin müddətini uzadıb.

Bu barədə "TRT Spor" məlumat yayıb.

17 yaşlı hücumçu 2028-ci ilin yayına kimi "ağ-qaralar"a məxsus olacaq.

Mustafa Hekimoğlu "Beşiktaş"ın yetirməsidir. Gənc forvard bu mövsüm "qara qartallar"ın heyətində meydana çıxdığı 20 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Türkiyə mətbuatı bir müddət əvvəl "Neftçi"nin Mustafa Hekimoğlunu icarəyə götürmək istəməsi ilə bağlı xəbər yaymışdı.

Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 18:10 Çək və bizə göndər!
20 Fevral 11:20 Sən seçim et, yerini tap!
20 Fevral 11:00 “Biz buna məcbur idik”