“Neftçi”dəki GİZLİ ADAM - Bu işin başında o dayanır, xəbəriniz yoxdur!

15 Fevral 19:40 Neftçi 2 743
“Neftçi”dəki GİZLİ ADAM - Bu işin başında o dayanır, xəbəriniz yoxdur!

Biz həmişə nə deyirdik - «Neftçi»nin oyununda aqressiya çatmır.

İstək və həvəs yoxdursa, aqressiv oyun modelindən danışmağa dəyməz.

Hansı taktikanı nəzərdən keçirirsən keçir, onu praktiki süzgəcdən keçirə bilməzsən - əgər futbolçuların buna hazır deyilsə.

Son həftələrə bimi bunu deyirdik - «Neftçi»nin oyunçularının fiziki hazırlığı aşağıdır. Gərək güc olsun ki, onu nümayiş etdirə biləsən. Güc olmayandan sonra sabitlik də olmaz.

İştah diş altındadır. Artıq «Neftçi» güclənib.

Boqdan-Kornel Merişanu?

Heç kim indi ondan danışmır. Belə bir məşqçinin buradakı varlığından söz edən yoxdur.

Kölgədə qalan bu məşqçi komandanın fiziki hazırlığına məsuldur. O, Samir Abasovun 2025-cü il üçün hələlik ən böyük transferidir.

Rumıniyalı 2022-ci ilin iyunundan 2023-cü ilin iyununadək “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampfın köməkçilərindən olub.

“Neftçi”dən başqa, Rumıniyanın “Poltexnika Timişoara” (2012-2016), “Universitatya Krayova” (2021-2022, 2023), Səudiyyə Ərəbistanının “Əl-Vehda” (2018), “Əl-Əhli” (2021), “Əl-Tai” (2023-2024), BƏƏ-nin “Əl-Vəsl” (2019-2021), Tunisin “Esperans” (2024) klublarında və Rumıniyanın U-21 millisində (2016-2018) çalışıb.

Təcrübəli biridir. Samir Abasov Laurentsiu Regekampfın «sağ əli»nin Azərbaycana qayıtmasına razılıq verməklə, çulunu sudan quru çıxarmaq imkanı əldə edib.

Rumıniyalı yanvarın əvvəlindən bəri buradadır və görürük ki, futbolçuların fiziki hazırlığı bu 1 ayda necə yüksəlib.

Biz bu gün «Neftçi»nin oyunundakı dirçəlişdən danışırıqsa, Boqdan-Kornel Merişanunun əməyini mütləq qeyd etməliyik.

O, hər nə qədər arxa planda qalsa da.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti