“Neftçi” 2 legionerdən xoş xəbər aldı - SON DƏQİQƏ

15 Fevral 11:00 Neftçi 2 724
“Neftçi” 2 legionerdən xoş xəbər aldı - SON DƏQİQƏ

“Neftçi” Azərbaycan derbisinə itkilərlə çıxacaq.

Zədəli Andrey Ştoqrin hələ də fərdi şəkildə məşq edir.

“Zirə”ylə görüşdə əzələsi dartıaln Elvin Camalov da “Neftçi” formasında ilk dəfə “Qarabağ”a qarşı oynamaq şansından yararlana bilməyəcək.

Əvəzində, Rəhman Hacıyevlə Dembo Darbodan sonra daha iki nəfər kollektiv çalışmalara start verib.

Bunlar yarımmüdafiəçilər Rafael Quzzo ilə Edvin Kuçdur. Hər iki legionerin durumu qənaətbəxşdir.

Onlar “Qarabağ”a qarşı matçın iştirak ərizəsində yer alacaqlar.

Fevralın 16-da “Neftçi Arena”da keçiriləcək oyun saat 19:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti