Nicat "Neftçi"nin qolunu vurdu, "Fənərbaxça"ya məğlub oldular

15 Fevral 00:50 Neftçi 416
Nicat "Neftçi"nin qolunu vurdu, "Fənərbaxça"ya məğlub oldular

“Neftçi”nin U-17 komandası Türkiyədə sonuncu yoldaşlıq görüşünü keçirib.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Asif Ramazanovun yetirmələri "Fənərbağça”nın müvafiq yaş qrupu komandası ilə qarşılaşıblar.

“Fənərbağça Dərəağzı” təlim-məşq bazasında baş tutan matçda “ağ-qaralar” məğlub olub – 1:4. "Neftçi"nin qolunu Nicat Məhərrəmov vurub.

Oyunun fasiləsində hər iki klub akademiyasının rəsmiləri arasında görüş keçirilib və tərəflər bir-birinə xatirə hədiyyələri təqdim ediblər.

Fevralın 8-də qardaş ölkəyə yollanaraq İstanbul şəhərindəki “Clarion Hotel Golden Horn”da məskunlaşan “Neftçi” ayın 9-da “Qalatasaray” (0:5), 12-də isə “Beşiktaş”la (0:1) yoldaşlıq oyununda üz-üzə gəlmişdi.

17 yaşlılar fevralın 16-da Bakıya qayıdacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti