
«Neftçi» Premyer Liqanın 22-ci turunda «Zirə»yə qalib gəldi.
Səfərdə «qartallar»ın qonağı olan «ağ-qaralar» Emin Mahmudov və Ervin Koffinin son dəqiqələrdə vurduğu qollar sayəsində 2:1 uddu.
Dramatik matçın yekununda 3 xal əldə edən klub fanatlarına diqqət göstərib. Rəhbərlik azarkeşlər üçün böyük tədbir düzənləyib.
Şəhərin tanınmış restoranlarından birində təşkil olnan ziyafət kifayət qədər rəngarəng keçib.
Futbolçular da tədbiri şənləndirib. Başda braziliyalı müdafiəçi Yuri Matias olmaqla, komanda üzvləri müxtəlif mahnı sədaları altında rəqs edib.
SPORTİNFO.AZ