
“Neftçi”nin “Zirə” ilə qarşılaşmasında qələbə “ağ-qaralar”a hava-su kimi lazım idi.
Fevralın 9-da “Forza Neftçi”nin yarandığı gün idisə, fevralın 10-da, yəni oyun günündə braziliyalı müdafiəçi Yuri Matiasın 30 yaşı tamam olurdu.
Meydanı əzmkar qələbə ilə tərk edən futbolçular (2:1) həm “Forza Neftçi”nin üzvlərini təbrik etmiş oldu, həm də Matiasa doğum günü hədiyyəsi etdilər.
Azarkeşlər də öz növbəsində Yurini təbrik etməyi özlərinə borc bildilər. Hansı formada?
Yurini tribunanın önünə səsləyib, onun üçün “happy birthday to you” (ad günün mübarək) şüarını səsləndirdilər.
Gördüklərindən cuşa gələn səbəbkar əllərini havaya qaldırıb təbrikə görə təşəkkür etdi.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN