"İlk dəfə legioner həyatını “Neftçi”də keçirdim, indi 10 yaş kiçik olsaydım..."

14 Fevral 10:40 Neftçi 1 487
"İlk dəfə legioner həyatını “Neftçi”də keçirdim, indi 10 yaş kiçik olsaydım..."

“Neftçi”nin sabiq futbolçusu Reziuan Mirzov Rusiya mətbuatına müsahibə verib.

Sportinfo.az xəbər verir ki, “Ximki”nin yarımmüdafiəçisi karyerasında üzləşdiyi hadisələri vərəqləyib.

31 yaşlı oyunçu yenidən legioner həyatı yaşamaq fikrində olmadığını bildirib:

“Ötən mövsüm Azərbaycanda çıxış etdim. İlk dəfə legioner həyatını 30 yaşımda “Neftçi”də keçirdim.

İndi 10 yaş kiçik olsaydım, yenidən gedib Avropada oynamağa çalışardım. Ancaq çox güman ki, artıq bu, baş verməyəcək.

Sadəcə olaraq, ölkə xaricinə yollanmaq istəyim yoxdur. Bu yaşda insan rahatlıq istəyir.

Rusiya çempionatını bəyənirəm, əla turnirdir və fikirlərim yalnız buradadır”.

Reziuan Mirzov 2023-24 mövsümündə “Neftçi”nin formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti