“Azərbaycanda bunu çox bəyənirəm” – Portuqaliyadan gələn

13 Fevral 23:40 Neftçi 226
“Azərbaycanda bunu çox bəyənirəm” – Portuqaliyadan gələn

“Yaxşı nəticə qazandığımızı deyə bilərəm. 2 xal itirdik deməzdim, əksinə, 1 xal əldə etdik”.

“Kəpəz”in legioneri Dioqo Verdaşka Sportinfo.az-a açıqlamasında “Araz-Naxçıvan”la oyunu şərh edib.

“Liv Bona Dea Arena”da baş tutan qarşılaşmada hər iki komandanın qol imkanları olsa da, topa dəqiq zərbə endirən tapılmadı.

Bu mənada xüsusən ikinci hissədə əla imkanları boşa verən Naxçıvan təmsilçisini qeyd etmək yerinə düşər.

Portuqaliyalı müdafiəçi 1 xalı xoş nəticə saymaqla yanaşı, Premyer Liqa barədə xoş fikirlər səsləndirib:

“Əlbəttə, indiki vəziyyətdə bizə qələbə vacibdir. Lakin bu baş verməyəndə, heç-heçə barədə düşünürük.

Əsasən də qol buraxmadan bərabərə qalmaq xoş haldır. Özünüz də gördünüz ki, oyun gərgin keçirdi, ikili mübarizələr çox olurdu.

Ümumiyyətlə, Azərbaycan Premyer Liqasında oynayırsansa, döyüşkən olmalısan.

Şəxsən bunu çox bəyənirəm, mənə uyğundur. Bütün komandalar bir-birinə qarşı amansız davranır”.

“Araz-Naxçıvan”la heç-heçədən sonra xalların sayını 18-ə yüksəldən “Kəpəz” sonuncu pillədə yer alan “Səbail”i 2 xal qabaqlayır.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
13 Fevral 18:10 Çək və bizə göndər!
13 Fevral 03:00 Milli "Qarabağ"ı uddu