![Haiti yığmasının hücumçusu “Neftçi”yə transferi niyə baş tutmadı?](https://www.sportinfo.az/media/2025/02/12/small_1_1d46f464cd.jpg)
“Aktobe”nin sabiq hücumçusu Jan Jaironun “Neftçi”yə transferi baş tutmayıb.
Sportinfo.az xəbər verir ki, 26 yaşlı forvardın Azərbaycan klubuna keçidinin reallaşmamasının səbəbi müəyyənləşib.
Məsələ burasındadır ki, “ağ-qaralar” Haiti millisinin üzvü ilə anlaşma əldə etsə də, baş məşqçi Samir Abasovun qərarı keçidin rəsmiləşməsinə mane olub.
Abasov Jaironu komandasında görmək istəmədiyindən, transfer həyata keçməyib.
Maraqlıdır ki, futbolçu yanvarın 15-də Küveytin “Qadsiya” klubu ilə müqavilə imzalasa da, sənədlərdə problem yarandığından, ərəblər tərəflərin qarşılıqlı razılığı əsasında sözləşməyə xitam verib.