“Neftçi”dən “Qarabağ” bazarlığı – Maksimum 100 manat

01:20 Neftçi 164
“Neftçi”dən “Qarabağ” bazarlığı – Maksimum 100 manat

Premyer Liqanın 23-cü turu çərçivəsində “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” matçının biletləri satışa çıxarılıb.

Sportinfo.az xəbər verir ki, qiyməti 3 (“Şərq 1”, “Şərq 2”, “Qərb 1” sektorları), 5 (“Cənub üst”, “Şimal 1”, “Şimal 2” sektorları), 10 (“Cənub alt” sektoru), 20 (“VIP Silver 1”, “VIP Silver 2”, “VIP Family” sektorları), 30 (“VIP Gold”) və 100 (“Skayboks”) AZN təşkil edən biletləri aşağıdakı keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar:

➡️ https://iticket.az/events/sport/neftci-pfk-qarabag-fk16/142932

“Neftçi Arena”nın kassalarında isə “Forza” və “Qərb 2” sektorlarına olan biletlər (qiyməti 3 AZN) oyun günü saat 12:00-dan etibarən satışda olacaq.

“Neftçi” – “Qarabağ” matçı fevralın 16-da, saat 19:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti