O, gəldi, "Neftçi" düzəldi

16 Fevral 17:45 Neftçi 3 208
O, gəldi, "Neftçi" düzəldi

"Neftçi" yeni ilə pis başlamayıb.

"Araz Naxçıvan"a məğlubiyyətin ardınca kollektiv ardıcıl 3 görüşdü qələbəyə sevinir.

Ölkə Kubokunda "Kəpəz"i məğlub edən (2:0) "ağ qaralar" Premyer Liqada "Şamaxı" (1:0) və "Zirə"yə də (2:1) eyni aqibəti yaşadıb.

Samir Abasovun qış fasiləsində komandaya təsir etdiyi ortadadır.

Amma uğurlu gedişatda bir başqa şəxsin də rolu xüsusi qeyd olunmalıdır.

Söhbət fasilədə heyətə cəlb olunan Elvin Camalovdan gedir.

Vasili Berezutskiyə lazım olmayan orta sahə oyunçusu hər arxada qoyduğumuz hər matçda nə qədər lazımlı silah olduğunu göstərir.

Pərən-pərən düşən "Neftçi"nin tədricən mexanizm halına gəlməsində Camalovun mühüm rolu var.

Samir Abasov mövsümün ikinci yarısındakı 4 matçın hamısında ona 90 dəqiqə elə-belə yerə güvənməyib.

30 yaşlı milli üzvü arxa xəttə köməyi böyükdür. Yoldaşlarını tez-tez sığortalayır. Rəqib hücumlarının qarşısını almaqda kritik müdaxilələri çoxdu.

Fiziki cəhətdən yaxşı vəziyyətdə olan "4 nömrə"ni meydanın hər yerində görmək mümkündür. Hücumların qurulmasında aktiv iştirak edir.

Elvinin mübariz oyunu başda Emin Mahmudov olmaqla bütün komanda yoldaşlarına sirayət edir.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 18:10 Çək və bizə göndər!
20 Fevral 11:20 Sən seçim et, yerini tap!
20 Fevral 11:00 “Biz buna məcbur idik”