Siz bu şəxslərin “Neftçi” üçün etdiklərinə baxın! - VİDEO

11 Fevral 21:20 Neftçi 208
Siz bu şəxslərin “Neftçi” üçün  etdiklərinə baxın! - VİDEO

Premyer Liqanın 22-ci turunda keçirilən “Zirə” – “Neftçi” oyunu (1:2) hələ çox danışılacaq.

87-ci dəqiqəyə qədər qol vurulmayan oyunun son 5 dəqiqəsi stadiona toplaşanları sözün əsl mənasında şoka saldı.

Öncə Emin Mahmudov hesabı açdı, 3 dəqiqə sonra Ruan Renato hesaba tarazlıq gətirdi, Əliyar Ağayev matçı bitirməyə hazırlaşan anda Ervin Koffi səhnəyə çıxıb “ağ-qaralar”ın qələbə topunu vurdu.

Oyun başa çatandan sonra “Forza Neftçi”nin futbolçuları tribunanın önünə səsləyib, sakit dayanmağa çağırması boşuna deyildi.

Qələbəni birlikdə qeyd etməklə möhtəşəm atmosfer yaratmaq planı əvvəldən məlum idi. Və həmin ssenarini tam arzuladıqları şəkildə həyata keçirdilər.

Stadiondan çıxan səslə “Neftçi”nin qələbə qüazandığını Zirədə bu oyundan xəbərsiz olanlara da eşitdirdilər.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
11 Fevral 19:50 Çək və bizə göndər!