“Neftçi”nin futbolçusu təsirləndi: “Bacımın vəziyyəti yaxşı deyil”

11 Fevral 20:00 Neftçi 1 100
“Neftçi”nin futbolçusu təsirləndi: “Bacımın vəziyyəti yaxşı deyil”

“Zirə” üzərində qazanılan qələbə Yuri Matias üçün ikiqat əlamətdar idi.

Fevralın 10-da braziliyalı müdafiəçinin ad günüydü və əldə olunan möhtəşəm qalibiyyət onun üçün ən dəyərli hədiyyə oldu.

Lakin Matias həmin günün sevincini doyunca yaşaya bilmədi.

Niyə?

30 yaşlı futbolçunun Sportinfo.az-a verdiyi açıqlama belə oldu:

“Bu qələbəni sözlə ifadə etmək çox çətindir. Həqiqətən bizə çox lazım idi. Dünən “Forza Neftçi”nin ad günü, bu gün mənim doğum günümdür.

Bu gün ailəm və doğmalarım müxtəlif üsullarla, sürprizlərlə məni təbrik etməyə çalışdılar. Onlar Braziliyada, mən isə Azərbaycandayam.

Cismən yanaşı olmasaq da, mental olaraq özümü onların yanında təsəvvür etməyə çalışdım.

Təəssüf ki, ad günü sevincini doyunca yaşaya bilmirəm. Bacımın vəziyyəti yaxşı deyil.

Səbəbi haqda geniş danışmaq istəmirəm. Heç cür depressiyadan çıxa bilmir. Nə qədər çalışsaq da, vəziyyəti düzəldə bilmirik.

Bu qələbəni dünyalar qədər sevdiyim bacıma həsr edirəm”.

Bu sözləri deyəndən sonra təsirlənən “Neftçi”nin futbolçusu bir qədər pauza verir.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
11 Fevral 19:50 Çək və bizə göndər!