![“Neftçi”yə aid xəbər - Emin Mahmudov imza atdı](https://www.sportinfo.az/media/2025/02/11/67aae8d7258c462.jpg)
“Neftçi” Azərbaycan çempionatları tarixində 650-ci səfər qolunu vurub.
Sportinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu topa Emin Mahmudov imza atıb.
O, Premyer Liqanın XXII turunun “Zirə” ilə görüşündə hesabı açıb.
2:1 hesabı ilə qalib gələn “ağ-qaralar” rəqib meydanlarındakı 467-ci oyunda 651-ci qola da imza atıb.
Ölkə çempionatlarında yalnız “Qarabağ” səfərdə daha çox qol vurub – 660 top.