“Bu sözləşmə “Neftçi” üçün uğurlu olacaq” - VİDEO

01:50 Neftçi 285
“Bu sözləşmə “Neftçi” üçün uğurlu olacaq” - VİDEO

"Bu sözləşmənin klub üçün uğurlu olacağına inanırıq".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin baş icraçı direktoru Cenk Sümer "Palms Sports" şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalanması haqda deyib.

Funksioner sponsorluq müqaviləsi ilə maliyyə dayanıqlığının daha da yaxşılaşacağını bildirib:

"Bu müqaviləni imzaladığımız üçün qürur duyuruq. Hər iki tərəf üçün xeyirli olsun.

"Neftçi" Futbol Mərkəzindəki işləri tez bir zamanda yekunlaşdırmaq istəyirik. Bütün futbolçularımızın yaxşı şəraitdə çalışması üçün əlimizdən gələni edəcəyik".

“Neftçi” PFK ilə “International Holding Company”yə (IHC) məxsus olan “Palms Sports” arasında bu gün 5 illik sponsorluq müqaviləsi imzalanıb.

Digər Xəbərlər
Xəbər Lenti