![Bu gün “Neftçi”də üzlər güldü](https://www.sportinfo.az/media/2025/02/09/476442807_1193423676117444_9005930720292949809_n.jpg)
“Neftçi”dəki narahatlıq müəyyən mənada aradan qalxıb.
Yeni ildə yaşıl meydan üzü görməyənlərdən Rəhman Hacıyevlə Dembo Darbo kollektiv çalışmalara start veriblər.
Xəstələndiyi üçün “Kəpəz”lə kubok qarşılaşmasında adı iştirak ərizəsində yer almayan Azər Əliyev də həftəiçi məşqlərdə iştirak edib.
Hazırda bərpa dövrü keçən üç nəfərdir - Edvin Kuç, Andrey Ştoqrin və Rafael Quzzo.
Bu futbolçuların heç biri “Zirə”yə qarşı oynaya bilməyəcək.
Zirə İdman Kompleksinin meydanında baş tutacaq oyunun start fiti saat 19:00-da çalınacaq.
HƏBİB / SPORTİNFO.AZ