!["Neftçi"nin yeni hücumçusu xəstəxanaya aparıldı - Tibbi analiz nə göstərdi?](https://www.sportinfo.az/media/2025/02/09/476377607_18486099043046079_3405913001377604940_n_11739028666.jpg)
“Neftçi”nin yeni transferi Bassala Sambu “Liv Bona Dea Hospital”da ümumi müayinədən keçib.
Sportinfo.az xəbər verir ki, kardioloq, travmatoloq, ümumi cərrah, terapevt, nevroloq, oftalmoloq, fizioterapevt və LOR yoxlanışından sonra qan analizləri götürülüb.
Həmçinin USM, MRT, EKQ, EXO, stress test edilib. Onun sağlamlığında heç bir problem aşkarlanmayıb.
Seneqal əsilli ingiltərəli hücumçu Bassala Sambu artıq “Neftçi” ailəsinin üzvüdür. 9 nömrəli formanı geyinəcək 27 yaşlı futbolçu ilə 1,5 illik müqavilə bağlanıb.
Karyerasına İngiltərədə başlayan Sambu “Koventri”nin yetirməsidir. O, 2017-ci və 2019-cu illərdə “Everton”la 23 yaşadək futbolçular arasında keçirilən İngiltərə Premyer Liqasının çempionu olub.
Ölkə xaricində 2021-ci ildə icarə əsasında oynadığı “Randers”lə Danimarka kubokunu qazanıb.
Sonuncu klubu “Enosis Neon Paralimni”nin (Kipr) heyətində 2024/2025 mövsümündə meydana çıxdığı 21 matçda 5 qola imza atıb.