COP29

“Sportinfo”nun "Neftçi"dən növbəti transfer xəbəri rəsmən təsdiqləndı

19:20 Neftçi 443
“Sportinfo”nun "Neftçi"dən növbəti transfer xəbəri rəsmən təsdiqləndı

"Neftçi" qış üçün növbəti transferini gerçəkləşdirib.

Klubun mətbuat xidməti Sporinfo.az-ın yaydığı xəbəri rəsmi surətdə təsdiqləyib (https://www.sportinfo.az/idman_xeberleri/neftci/214136.html).

"Ağ-qaralar" heyətini Bassala Sambu ilə gücləndirib. Seneqal əsilli ingiltərəli hücumçunun son klubu Kiprin "Paralimni"si olub.

9 nömrəli formanı geyinəcək 27 yaşlı futbolçu ilə 1,5 illik müqavilə bağlanıb.

Karyerasına İngiltərədə başlayan Sambu “Koventri”nin yetirməsidir. O, 2017-ci və 2019-cu illərdə “Everton”la 23 yaşadək futbolçular arasında keçirilən İngiltərə Premyer Liqasının çempionu olub.

Ölkə xaricində 2021-ci ildə icarə əsasında oynadığı “Randers”lə Danimarka kubokunu qazanıb. Bu mövsüm 21 matça çıxaraq 5 qol vurub və 1 qolun ötürməsini edib.

Daha öncə "Neftçi" Ryonosuke Ohori və Ervin Camalovu transfer edib.

Digər Xəbərlər
Xəbər Lenti