COP29

"Neftçi"nin vidalaşdığı əcnəbi elə qiymətə razılaşdı ki…

14:00 Neftçi 828
"Neftçi"nin vidalaşdığı əcnəbi elə qiymətə razılaşdı ki…

"Neftçi"dən ayrılan Kilian Lebonun yeni klubu müəyyənləşib.

27 yaşlı vinger Yunanıstanda "Kaliteya" ilə anlaşıb.

Sözügedən komanda Yunanıstan Superliqasında mübarizə aparır və hazırda turnir cədvəlində 15 xalla 13-cüdür.

O, "Kaliteya" ilə 4 aylıq müqavilə imzalayıb. Onlar Superliqada qalarsa, kontrakt daha 1 il müddətinə uzadılacaq.

Lebon 2023-cü ilin yanvarından bu qışadək "Neftçi"nin formasını geyinib. Yanvarın 14-də “ağ-qaralar” ilə vidalaşan Sent-Martin yığmasının üzvü karyerasını Azərbaycanda davam etdirmək istəməyib.

Paytaxt təmsilçisi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verən legioner Premyer Liqanın başqa bir iştirakçısından dəvət alıb.

“Araz-Naxçıvan“ adıçəkilən yarımmüdafiəçiyə 6 ay+1 illik müqavilə təklif edib.

“Ağ-qaralar”ın heyətində 73 rəsmi oyun keçirib, 6 qol vuran cinah oyunçusu “Araz-Naxçıvan“dan illik olaraq minimum 350 min dollar tələb edib.

Maraqlıdır ki, yunanlar Fransa kökənli Kiliana bundan kifayət qədər az məbləğ ödəyəcək. O. yayadək burada hər ay 18 min avro qazanacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti