!["Neftçi" ərəblərlə müqaviləsini pozan millinin oyunçusunu TRANSFER EDƏCƏKMİ?](https://www.sportinfo.az/media/2025/02/08/photo_114954.jpg)
"Neftçi" Haiti millisinin vingeri Jan Jayronun xidmətindən imtina edib.
Saytımız bu haqda klubdan məlumat alıb.
Redaksiyamıza verilən informasiyaya görə, Qazaxıstan "Aktobe"sindən ayrılan 26 yaşlı legioner müxtəlif menecerlər vasitəsilə Samir Abasova təklif olunub.
Lakin baş məşqçi şimali amerikalını sərəncamında görməyə bir o qədər həvəs göstərməyib.
Jayro yanvarın 15-də "Əl Qadsia" ilə müqavilə imzalayıb. Sənəd məsələlərində problem yarandığından, Küveyt komandası haitili ilə kontrakta qarşılıqlı razılaşma əsasında xitam verib.
Onun "ağ qaralar"ın gündəmində olmasıyla bağlı ilk xəbəri sports.az-ın yaydığını da xatırladaq.
SPORTİNFO.AZ