COP29

“Neftçi” ilə bağlı proqnoz vermək təhlükəlidir, səbirli olmalıyıq”

17:20 Neftçi 190
“Neftçi” ilə bağlı proqnoz vermək təhlükəlidir, səbirli olmalıyıq”

“Biz dayanıqlı nəticə istəyiriksə, səbirli olmalıyıq”.

Sportinfo.az xəbər verir ki, bu sözləri "Neftçi"nin İdarə Heyətinin üzvü Emin Əmrullayev deyib.

“Neftçi” Premyer Liqada 21 oyundan sonra 21 xalla 7-ci yerdədir. O bildirib ki, komanda ilə bağlı konkret proqnozlar vermək asan deyil və təhlükəlidir:

“Məsələnin mahiyyətinə varanda mən qarışıq Müşahidə Şurasının üzvləri - hamımız “Neftçi” azarkeşiyik. Klubun daha yaxşı olması üçün müəyyən resurslar faydalı ola bilər.

Bizim indi əsas niyyətimiz bütün resursları əsas komandaya yönləndirməkdir. Qısamüddətli uğurlar nə vaxtsa olub.

“Neftçi”yə baxışımız bundan ibarətdir ki, yeni sponsor vasitəsilə bizə cəlb olunan vəsait əsas komandaya xərclənməyəcək. Bu klubun yaxşı bazası olmalıdır və vaqonlarda məşq etməməlidir”.

Digər Xəbərlər
Xəbər Lenti