!["Güclü “Neftçi”nin təməlinin başa çatdırılması yönündə addımlar atılacaq"](https://www.sportinfo.az/media/2025/02/08/453536237_1041952064597940_5304619079946404158_n1738925573.jpg)
"Neftçi"nin baş icraçı direktoru Cenk Sümer "Palms Sports"la sponsorluq anlaşmasından danışıb.
Sportinfo.az xəbər verir ki, funksioner bu anlaşmanın klubun beynəlxalq arenada inkişaf etməsinə xidmət edəcəyini bildirib:
“Neftçi” üçün önəmli gündür. Bu tərəfdaşlıq formamızda, bazamızda, stadionumuzda “Palms Sports”un adı yer almaqla yanaşı, klubun beynəlxalq arenada inkişaf etməsinə xidmət edəcək.
“Neftçi” olaraq ötən yaydan yeni strategiyaya başlamışıq. Maddi dayanaqlılıq üzərində çalışırıq.
“Palms Sports”la müqavildən əldə olunan gəlirin də xeyri olacaq. Güclü “Neftçi”nin təməlinin başa çatdırılması yönündə addımlar atılacaq.
“Neftçi Futbol Mərkəzin”nin inşasını tamamlamaq istəyirik. Ötən ay başladıq və birinci mərtəbini hazır etdik. 2-ci və 3-cü mərtəbələrin də inşasını tamamlayaraq, bütün klubun burada olmaq imkanını təmin etmək istəyirik".