!["Neftçi" göndərdi, okeanın o tayında müqavilə imzaladı - FOTO](https://www.sportinfo.az/media/2025/02/07/gtvjh8d8apqqtjimw9en97dy2jxgladcseomimeg1200-750x430.jpg)
"Neftçi"dən ayrılan Lukas Melano özünə yeni komanda tapıb.
Sportinfo.az xəbər verir ki, argentinalı ABŞ-da oynayacaq.
O, aşağı liqa klubu olan “Mayami” ilə anlaşıb. ABŞ təmsilçisi Melanonun keçidini rəsmən açıqlayıb.
2023-cü ilin sentyabrında "Neftçi"yə transfer olunmuş Melano ötən il avqustun 29-da komandadan göndərilmişdi.
Melano “Neftçi”nin heyətində 12 rəsmi oyun keçirmişdi.