!["Neftçi"nin rəhbərliyindəki nazir Premyer Liqada limitin ləğvinə necə yanaşdı?](https://www.sportinfo.az/media/2025/02/07/476622849_18485901994046079_6292363831865626682_n.jpg)
"Neftçi"nin İdarə Heyətinin üzvü Emin Əmrullayev 2025/2026 mövsümündə Premyer Liqada legioner limitinin ləğv olunmasına münasibət bildirib.
Sportinfo.az xəbər verir ki, o, proqnoz verməyin çətin olduğunu söyləyib:
"Gərək əvvəl nəticələri görək. Legioner limitinin ləğvi liqanın rəqabətli olmasına və çempionatın səviyyəsinin yüksəlməsinə gətirib çıxarır.
Yerli futbolçular limitin tətbiqində rahat olurlar. Hər halda bunu müsbət qərar kimi görürəm.
Amma nəticələri birlikdə görəcəyik. Azərbaycan Basketbol Liqasını nümunə gətirmək istəyirəm. Oyunun keyfiyyəti qalxıb".
“Neftçi” PFK ilə “International Holding Company”yə (IHC) məxsus olan “Palms Sports” arasında bu gün 5 illik sponsorluq müqaviləsi imzalanıb.
Hazırda Premyer Liqada limit "7 legioner + 4 yerli futbolçu" şəklindədir. Fevralın 3-də keçirilən AFFA İcraiyyə Komitəsinin iclasında 2025/2026 mövsümündən etibarən legioner limitinin ləğvi ilə bağlı qərar çıxarılıb.
Həmçinin əcnəbi futbolçuların sifarişi üçün böyük məbləğdə rüsum tətbiq olunub.