COP29

“Neftçi”nin baş məşqçisinin burunu sındırıldı, polis işə qarışdı - DAVA-DALAŞLI VİDEOYA BAXIN!

09:00 Neftçi 529
“Neftçi”nin baş məşqçisinin burunu sındırıldı, polis işə qarışdı - DAVA-DALAŞLI VİDEOYA BAXIN!

AFFA-nın bayrağı altında keçirilən U-17 liqasında xoşagəlməz hadisələr yaşanıb.

Sportinfo.az xəbər verir ki, “ASK Arena”da təşkil olunan “Vətən” - “Neftçi” (0:3) matçının ikinci hissəsində hər iki komandanın texniki zonasında əyləşən şəxslər arasında gərginlik yaşanıb.

Bu zaman “Vətən”in rəsmisi “Neftçi”nin baş məşqçisi Asif Ələsgərova başla zərbə endirib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov bildirib ki, Nizami rayonunda yerləşən idman arenalarının birində insidentin qeydə alınması və xasərət alan şəxsin olması barədə ərazi polis orqanına məlumat daxil olub.

Qeydə alınan hadisə ilə bağlı Nizami RPİ-nin 23-cü PB-də təhqiqat araşdırmalarına başlanılıb.

Digər Xəbərlər
Xəbər Lenti