COP29

"Neftçi" ondan bərk yapışmalıdır, bu futbolçular komandanın lideri ola bilməzlər” - VİDEO

19:40 Neftçi 373
"Neftçi" ondan bərk yapışmalıdır, bu futbolçular komandanın lideri ola bilməzlər” - VİDEO

"Kapitanlıq sarğısı Emin Mahmudova qaytarılmalıdır".

Bu sözlər futbol eksperti Emin Abbasova məxsusdur.

O, ATV kanalında yayımlanan "Futbolumuz" verlişində "Neftçi" rəhbərliyinə və baş məşqçi Samir Abasova səslənib.

Tanınmış teleşərhçi bildirib ki, Mahmudov son həftələrdə yaxşı performans sərgiləyir və kaptanlıq bazubəndini qoluna taxmağa layiqdir.

Ekspert qeyd edib ki, komandanın lideri nə Rza Cəfərovdur, nə də bir qeyrisi - burada həmin funksiyasını yerinə yetirə biləcək yeganə futbolçu sözügedən yarımmüdafiəçidir.

Vurğulayıb ki, "ağ-qaralar" Emindən möhkəm yapışmalıdır və Samir Abasov ondan qabaq kollektivi çalışdırmış Roman Qriqorçukun səhvini düzəltməlidir.

Ukraynalı mütəxəssisin Emin Mahmudova münasibətdə yanlış mövqe tutduğunu söyləyən Abbasov deyib ki, o, yoldaşlarını irəli apara biləcək yeganə oyunçudur.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti