![Hakimlər “Turan Tovuz”a kömək edir, “Neftçi”yə yox...](https://www.sportinfo.az/media/2025/02/06/679cff482de5c41.jpg)
remyer Liqanın 21-ci turunda hakimlər daha 4 penalti təyin ediblər.
Sportinfo.az xəbər verir ki, hesabat turunda “Şamaxı” ilə qarşılaşan “Neftçi” məhz onbirmetrlik zərbədən vurduğu yeganə top sayəsində qələbə qazanıb.
Maraqlıdır ki, bu, “Neftçi”nin cari mövsüm qazandığı ilk penalti olub. “Ağ-qaralar” bu mövsüm çempionatda lehinə penalti təyin olunan 9-cu komanda olub.
Hakimlər indiyə qədər yalnız “Şamaxı”ya belə vəziyyətdə rəqib qapıçı ilə üzbəüz qalmaq imkanı yaratmayıblar. “Səbail” isə qazandığı yeganə penaltini qola çevirə bilməyib.
Bu mövsüm Premyer Liqada ümumilikdə 25 penalti təyin olunub. Lehinə ən çox onbirmetrlik verilən komanda “Turan Tovuz”dur.
Bölgə təmsilçisi 6 belə imkandan 3-nü qola çevirməyi bacarıb. Həmçinin “Sabah” və “Araz-Naxçıvan”ın da aktivində 3 penalti qolu var.
Qapısına ən çox penalti verilən komanda isə “Şamaxı”dır – 6. Həmin zərbələrdən 5-də rəqiblər fərqlənməyi bacarıblar.