![Emin Mahmudov “Sportinfo”ya söylədi: “Şükür Allaha ki...”](https://www.sportinfo.az/media/2025/02/06/___neftipfk__kpznefti__azpfl__azrbaycankuboku(jpg)_3.jpg)
"Neftçi"nin yarımmüdafiəçisi Emin Mahmudov Sportinfo.az-a açıqlama verib.
Təcrübəli futbolçu kubokun 1/4 final mərhələsinin ilk oyununda "Kəpəz" üzərində qalib gəldikləri (2:0) matçı şərh edib:
"Bizim üçün ağır oyun oldu. "Kəpəz" ev oyunlarını çox yaxşı keçirir.
Biz bunu çempionat görüşlərində görürük. Bizim də, rəqibin də çoxlu şansları oldu. Şükür Allaha ki, sonda biz qalib gəldik".
XANOĞLAN