COP29

İndi buna baxıb, nə etsinlər? - “Neftçi”nin futbolçuları

14:20 Neftçi 181
İndi buna baxıb, nə etsinlər? - “Neftçi”nin futbolçuları

Bu gün və sabah Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək.

Sportinfo.az xəbər verir ki, əzəli rəqiblər “Kəpəz”lə “Neftçi” Tovuz şəhər stadionunda qarşılaşacaqlar.

Komandaların yolu indiyə qədər ölkə kubokunda 7 dəfə kəsişib. İlk illərdə gəncəlilər üstünlük təşkil ediblər.

Belə ki, 1995/96 mövsümündə 1/4 finalda, 1997/98 və 1999/2000 mövsümlərində isə yarımfinalda “Kəpəz” rəqibindən güclü olub.

Ancaq XXI əsrdə “Neftçi” Gəncə klubuna heç bir şans verməyib. 2000/01 və 2011/12 mövsümlərində 1/4, 2010/11 və 2013/14 mövsümlərində isə 1/8 finalda bakılılar yollarına davam edən tərəf olublar.

Bu illərdə keçirilən 6 matçın heç birində “Kəpəz” qələbə üzü görməyib. Bölgə komandası kubok çərçivəsində sonuncu dəfə 2000-ci ildə – yəni 25 il əvvəl “Neftçi”ni məğlub edə bilib.

Fevralın 5-də Tovuz şəhər stadionunda keçiriləcək “Kəpəz” – “Neftçi” oyunu saat 16:00-da başlayacaq. Bu komandaların Bakıdakı cavab matçı fevralın 28-nə təsadüf edəcək.

Digər Xəbərlər
Xəbər Lenti