"Neftçi" Azərbaycan Kubokunun 1/4 final mərhələsində qarşılaşacağı “Kəpəz”lə ilk oyunun hazırlığını başa vurub.
Sportinfo.az xəbər verir ki, bu barədəm Bakı klubunun mətbuat xidməti məlumat yayıb.
"Ağ-qaralar"ın hələ də bərpa dövrü keçən futbolçuları – Rəhman Hacıyev, Rafael Quzzo və Dembo Darbo ilə yanaşı, “Şamaxı” ilə oyunda zədələnən Edvin Kuç və Andrey Ştoqrin, həmçinin səhhəti ilə əlaqədar Azər Əliyev də kubok görüşünü buraxacaqlar.
Fevralın 5-də keçiriləcək “Kəpəz” – “Neftçi” oyunu saat 16:00-da başlanacaq.