COP29

“Heç kim “Neftçi” azarkeşi kimi olmadı, ola da bilməz” – VİDEO+FOTO

08:50 Neftçi 162
“Heç kim “Neftçi” azarkeşi kimi olmadı, ola da bilməz” – VİDEO+FOTO

Azərbaycan Premyer Liqasının 21-ci turunda “Zirə”yə 2:3 hesabı ilə uduzan “Qarabağ”ın azarkeşləri komandaya dəstək olub.

Sportinfo.az xəbər verir ki, matçdan sonra tərəfdarlar futbolçulara “biz sizin yanınızdayıq, biz “Neftçi” azarkeşi deyilik ki, məğlubiyyətdən sonra sizə nəsə deyək. Amma ayılmaq lazımdır” sözlərini deyib.

Futbolçular da azarkeşlərin dəstəyini alqışlayıb.

“Neftçi” isə “Qarabağ” azarkeşlərinin bu sözlərinə rəsmi hesab vasitəsilə cavab verib. Klub sosial şəbəkələrdə “Heç kim “Neftçi” azarkeşi kimi olmadı, ola da bilməz” paylaşımı edib.

Digər Xəbərlər
Xəbər Lenti