COP29

Ərəbistana gedən “Neftçi”nin hücumçusu: “Onun transferi mənim üçün sürpriz olmadı”

01:00 Neftçi 230
Ərəbistana gedən “Neftçi”nin hücumçusu: “Onun transferi mənim üçün sürpriz olmadı”

"Neftçi"nin sabiq forvardı, hazırda "Əl-Ula"da (Səudiyyə Ərəbistanı) oynayan Tyaqo Bezerra sportal.az-a açıqlama verib.

Sportinfo.az xəbər verir ki, braziliyalı forvard "Qarabağ"ın hücumçusu Juninyo Olavionun "Qarabağ"dan "Flamenqo"ya keçidinə münasibət bildirib.

O, Juninyonun ölkəsinin ən böyük klublarından birinə keçidini bu cür şərh edib:

"Mən Azərbaycan futbolunu daim izləyirəm. Təbii ki, Juninyonun "Flamenqo"ya keçidindən də xəbərdaram.

Düzünü desəm, bu transfer mənim üçün sürpriz deyildi. Azərbaycanda oynadığım üçün orada baş verənləri görmüşəm.

Azərbaycan Premyer Liqasında səviyyəli oyunçular oynayır. Ora keyfiyyətli futbolçular yollanır.

Adlarını çəkməyə ehtiyac görmürəm. Çox ölkədən yaxşı futbolçular var.

Bir çox braziliyalını da deyə bilərəm. Portuqaliyanın özündən ora çox yaxşı oyunçular yollanıb və yaxşı işlər görüb.

Juninyo "Flamenqo" kimi komandaya keçib. Bu, Azərbaycan futbolu üçün də gözəldir.

Ümidvaram ki, oradan Avropanın da böyük klublarına daha çox oyunçu gedər. "Flamenqo" Braziliyada ən böyük klublarındadır.

Gözlənilməz oldu. Amma sırf Juninyonun ora keçidi sürpriz olmadı. Çünki onun özü keyfiyyətli futbolçudur.

Ümidvaram ki, Juninyo "Flamenqo"da həm Azərbaycan futboluna diqqəti yüksəltmək adına, həm də öz karyerası baxımından yaxşı işlər görər".

37 yaşlı hücumçu 2021-2022 mövsümündə "Neftçi"nin formasını geyinib. O, bununla yanaşı, "Adanaspor", "Adana Demirspor", "Paxtakor" komandalarında oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti